Premyer Liqa:

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı, "Neftçi" "Səbail"i qəbul edəcək

Hazırda oxunan: Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı, "Neftçi" "Səbail"i qəbul edəcək

121145

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, qarşılaşmalardan biri əyalətdə, digəri paytaxtda baş tutacaq.

Günün ilk görüşündə "Qəbələ" evdə "Sumqayıt"ı sınağa çəkəcək. Hazırda "qırmızı-qaralar" 28 xalla 5-ci, "gənclik şəhəri" təmsilçisi isə 18 xalla 7-ci pillədə yer alıb.

Komandalar bunadək ölkə çempionatında öz aralarında 41 oyun keçiriblər. Bunların 23-ü meydan sahiblərinin, 5-i qonaqların xeyrinə başa çatıb. 13 qarşılaşmada qalib müəyyənləşməyib. Bölgə təmsilçisinin vurduğu 65 qola sumqayıtlılar 30 topla cavab veriblər.

"Qəbələ" son 5 oyunda fərqlənə bilib. "Sumqayıt" 6 matçdır qələbə qazanmır.

Günün son oyununda 45 xalla 3-cü pillədə qərarlaşan "Neftçi" 16 xalla autsayder olan "Səbail"i qəbul edəcək.

İki komanda indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəlib. Bunların 16-da "ağ-qaralar", 2-də "dənizçilər" qələbə qazanıblar. 3 qarşılaşma isə heç-heçə ilə başa çatıb. Topların nisbəti də Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektivin xeyrinədir - 46:12.

"Neftçi" son 10 görüşdə qalib gəlib. "Səbail" ardıcıl 14 qarşılaşmada qələbə qazana bilməyib.

Azərbaycan Premyer Liqası

XXIII tur

18 fevral

15:00. "Qəbələ" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu.

17:30. "Neftçi" - "Səbail"
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bakcell Arena".

Qeyd edək ki, açılış oyununda "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib. Turun "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" matçları fevralın 19-da keçiriləcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO