Xudat qəzasının TƏFƏRRÜATLARI bilindi - FOTO/VİDEO - YENİLƏNİB 

Xudat qəzasının TƏFƏRRÜATLARI bilindi - FOTO/VİDEO - YENİLƏNİB 

Hazırda oxunan: Xudat qəzasının TƏFƏRRÜATLARI bilindi - FOTO/VİDEO - YENİLƏNİB 

121101

Gəndab-Yalama yolunun 47-ci km-də -Xaçmazın Xudat şəhərində baş verən qəza şəraiti yaradan sürücülərdən birinin də kimliyi məlum olub. 

Xaçmazın Köhnə Xudat kənd sakini,42 yaşlı İslam Seyidoğlunun idarə etdiyi "Mercedes- E-240" markalı avtomobillə toqquşan "Hyundai Santafe"nin də sürücüsünün şəxsiyyəti aydınlaşıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, Xaçmazın Balaqusarqışlaq kənd sakini, 37 yaşlı Araz Rzaqulu oğlu Babayevdir.

Araz Babayev və avtomaşınında olan 4 sərnişin-34 yaşlı Balaqusarqışlaq kənd sakini Rəfael Ramiz oğlu İdrisov, Ağaverdioba kənd sakinləri - 36 yaşlı Maqsud Vidadi oğlu Səlimov, onun qardaşı - 38 yaşlı Hafiz Vidadi oğlu Səlimov, 51 yaşlı Cabir Əlirza oğlu Əliyev Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.  

Qeyd edək ki, Xudatdakı qəzada "Mercedes"in sürücüsü, Xaçmazın Köhnə Xudat kənd sakini, 42 yaşlı İslam Seyidoğlu, həmkəndlisi olan sərnişini, 41 yaşlı Nizami Vahidov və Xudat şəhər sakini, 37 yaşlı Elmar Rəmiyev hadisə yerindəcə ölüblər.  

19.42

Gəndab-Yalama yolunun Xaçmazın Xudat şəhəri ərazisində baş verən qəzada ölən 3 şəxsin kimliyi bəlli olub.  

Bizim.Media-nın Şimal bürosunun Xaçmaz rayon xəstəxanasından əldə etdiyi məlumata görə,"Mercedes" markalı avtomobillə "Hyundai"markalı avtomobilin toqquşması nəticəsində birincinin sürücüsü, Xaçmazın Köhnə Xudat kənd sakini İslam Hüseyn oğlu Seyidoğlu, sərnişinləri - Xudat şəhər sakinləri Elmar Mehdi oğlu Rəmiyev və Nizami Vahid oğlu Vahidov yerindəcə ölüblər. 

Qeyd edək ki, İslam Seyidoğlu Xudat-Bakı marşrutu üzrə taksi sürücüsü işləyib.  

Fakta görə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO