“Kəpəz” “Şamaxı”ya qalib gəldi

“Kəpəz” “Şamaxı”ya qalib gəldi

Hazırda oxunan: “Kəpəz” “Şamaxı”ya qalib gəldi

121078

Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Kəpəz" doğma meydanda "Şamaxı"nı qəbul edib. 5 qolun vurulduğu oyunda meydan sahibləri qalib gəlib - 3:2. 

"Kəpəz" bu qələbə sayəsində sonuncu yerdən 8-ci pilləyə yüksəlib. 

Qollar: Abdullahi Şuaybu, 10 (1:0), Fuad Bayramov, 22 (1:1), Mate Kvirkviya, 53 (2:1), Rəhman Daşdəmirov, 62 (2:2), Mate Kvirkviya, 72 (3:2)

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov.

Qeyd edək ki, tura 18 və 19 fevral tarixlərində keçiriləcək ümumilikdə 4 oyunla yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO