Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq - RƏSMİ

Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq - RƏSMİ

Hazırda oxunan: Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq - RƏSMİ

12102

Bu il Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq. 

Bizim.Media-nın məlumatına görə, Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM


Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək.

Beləliklə, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.

Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq. 

Qeyd edək ki, 8 mart Qadınlar günü də iş günü deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO