Qəzada ölən müəllimlərin hər ikisi ailəli olub.
35 yaşlı Aygün İsmayılovanın 2 oğlu, Aygün Vəliyevanın isə bir oğlu, bir qızı var.
Bizim.Media xəbər verir ki, bu məlumatı Siyəzən rayonunun Feyruz Cəlilov adına kənd məktəbinin direktoru Aygün Paşayeva Bizim.Media-ya verib.
MÖVZU İLƏ BAĞLI:
Siyəzəndə ağır qəza - 2 ölü,7 yaralı – ÖZƏL/FOTO
Onun sözlərinə görə, müəllimlər həftədə 2 dəfə- 2-ci və 5-ci günlər dərsə gəlirdilər. "Çox təəssüf ki,biz iki müəllimimizi itirdik - "deyə Aygün Paşayeva vurğulayıb.
Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu