Bu ölkədə icazəsiz yaşayan Azərbaycan vətəndaşları ilə bağlı SAZİŞ TƏSDİQLƏNDİ 

Bu ölkədə icazəsiz yaşayan Azərbaycan vətəndaşları ilə bağlı SAZİŞ TƏSDİQLƏNDİ 

Hazırda oxunan: Bu ölkədə icazəsiz yaşayan Azərbaycan vətəndaşları ilə bağlı SAZİŞ TƏSDİQLƏNDİ 

120993

Azərbaycan və Serbiya arasında icazəsiz yaşayan şəxslərin readmissiyası həyata keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 

Sənəddə qeyd edilib ki, sorğu edən razılığa gələn tərəfin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, sorğu edilən razılığa gələn tərəf sorğu edən razılığa gələn tərəfin dövlətinin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artiq yerinə yetirməyən, həmin sorğu edilən razılığa gələn tərəfin dövlətinin vətəndaşı olması sübut olunan və ya ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. 

Readmissiya ediləcək şəxs Azərbaycan Respublikası və ya Serbiya Respublikasının vətəndaşlığına mənsub olmasından əlavə üçüncü dövlətin vətəndaşı olduğu halda, sorğu edən razılığa gələn tərəf readmissiya ediləcək şəxsin geri qaytarılacağı dövlətə dair seçimini nəzərə alır. 
Məlumat üçün bildirək ki, readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyriqanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) həmin dövlət tərəfindən ötürülməsi və mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO