Qaradağlıdan 39 nəfər itkin düşmüş şəxs kimi axtarışdadır - Dövlət Komissiyası

Qaradağlıdan 39 nəfər itkin düşmüş şəxs kimi axtarışdadır - Dövlət Komissiyası

Hazırda oxunan: Qaradağlıdan 39 nəfər itkin düşmüş şəxs kimi axtarışdadır - Dövlət Komissiyası

120968

Azərbaycanın Xocavənd rayonu, Qaradağlı kəndinin Ermənistan hərbçiləri və terrorçu quldur dəstələri tərəfindən işğalından 31 il keçir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Bizim.Media-ya verilən məlumata görə, 17 fevral 1992-ci il tarixdə milliyyətcə erməni beynəlxalq terrorçu, ASALA terror təşkilatının lideri Monte Melkonyanın rəhbərliyi ilə Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi işğal edilərkən dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirilib.

İşğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilib. Kənd sakinlərinin qətlində Ermənistan hərbçiləri ilə yanaşı mülki ermənilər, o cümlədən Qaradağlı kəndinə yaxın kəndlərin erməni sakinləri də yaxından iştirak ediblər. 

Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırımı həyata keçirilmiş, etnik təmizləmə aparılıb.

Soyqırımı zamanı qətlə yetirilmiş 57 nəfərdən 27 nəfərin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməyib. 

Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə işğal edilmiş Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilib. 

Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Xocavənd rayonu, Qaradağlı kəndi işğalı zamanı 39 nəfər itkin dümüş şəxs kimi axtarışdadır. Onlardan 33 nəfər kişi, 5 nəfər uşaq (oğlan), 1 nəfər isə qadındır.
Əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə sonradan azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO