“Öz hədəflərimizə nail olmaq üçün çox işləməliyik” - Kuman

“Öz hədəflərimizə nail olmaq üçün çox işləməliyik” - Kuman

Hazırda oxunan: “Öz hədəflərimizə nail olmaq üçün çox işləməliyik” - Kuman

12089

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandasının Çempionlar Liqasının 1/4 finalına çıxışı şanslarından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə BBC bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Çempionlar Liqası: "Barselona" PSJ ilə qarşılaşacaq


"Mən yalan deyə bilərəm, amma öz meydanımızda 1:4 hesablı məğlubiyyətdən sonra növbəti raunda çıxış şansları çox azdır. Bu matç əyani şəkildə göstərdi ki, biz öz hədəflərimizə nail olmaq üçün çox işləməliyik, xüsusən Çempionlar Liqasında", - baş məşqçi deyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” "Nou Kamp"da Fransa çempionu PSJ-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1. 

Bu gün isə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Hər iki qarşılaşma eyni saatda start götürəcək.

İtaliyanın "Yuventus" klubu Portuqaliyada "Portu" ilə qarşılaşacaq. Qonaqların heyətində Xuan Kuadrado və Arturla yanaşı, Leonardo Bonucci və Paulo Dibala da zədəli olduqları üçün oynaya bilməyəcək. Meydan sahiblərindən isə Məhəmməd Mbaye və Nanu eyni səbəbdən matçı buraxacaq.

Gecənin digər görüşü İspaniyada baş tutacaq. Almaniyanın "Borussiya" (Dortmund) komandası Avropa Liqasının son qalibi "Sevilya"nın qonağı olacaq. Vacib oyun öncəsi Dortmund təmsilçisində Lukaş Pişşek və Dan-Aksel Zaqadu meydana çıxa bilməyəcək.

La Liqa komandasında isə Markos Akunya və Lukas Okampos forma geyinməyəcək.

1/8 final mərhələsinin ilk oyun günündə Fransa PSJ-si səfərdə İspaniya "Barselona"sını 4:1, İngiltərə "Liverpul"u isə Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO