Dilarə:

Dilarə: "Qızı atası ilə hər gün Tünzalənin qəbri üstünə gedib, onunla danışır” - VİDEO

Hazırda oxunan: Dilarə: "Qızı atası ilə hər gün Tünzalənin qəbri üstünə gedib, onunla danışır” - VİDEO

120858

“Tünzalənin qızı Zəhra çox istedadlıdır. Sanki anasının ruhu hopub qızına. Ülviyyə (Əməkdar artist Ülviyyə Əliyeva) Abdulla Şaiq adına Kukla Teatrı ilə danışıb, atası Röyal da onu ora aparır. Zəhra mənə səs göndərib ki, mən anam kimi teatrda tamaşa oynayacağam”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva qonaq olduğu “7 canlı” axşam şousunda deyib.

Mərhum həmkarı Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhradan söz açan sənətçi gələcəkdə onun anası kimi aktrisa olacağına inandığını bildirib:

“Altı yaşında uşaq, bizim hamımızdan güclüdür. Hər gün atası ilə Tünzalənin qəbri üstə gedir. Zəhra anasının qəbri üstündə onunla danışır, uğurları, dərsləri ilə bölüşür. Zəhra ilə görüşə gedəndə düşünürdüm ki, özümü necə əla alacağam.
Özümü toparladım, sakitləşdirdim ki, içəri girib uşaqla görüşəcəyəm. Amma Zəhra orada elə bir oyun çıxartdı ki, bizi çox fərqli şəkildə qarşıladı, zarafatlar elədi. Hesab edirəm ki, Tünzalə heç kim hiss eləmədən qızını bu günün var olacağına psixoloji olaraq hazırlayıb.

Həyat yolu çəkib onun üçün. Zəhra çox güclüdür. Hamımız Tünzalənin qızının yanında olacağıq. O qədər xoşbəxt olacaq ki, Tünzalənin ruhu hər zaman şad olacaq”.

Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı məzarlığında dəfn edilib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO