Qusardan Türkiyəyə növbəti yardım avtomobili yola düşdü - FOTO

Qusardan Türkiyəyə növbəti yardım avtomobili yola düşdü - FOTO

Hazırda oxunan: Qusardan Türkiyəyə növbəti yardım avtomobili yola düşdü - FOTO

120844

Qardaş Türkiyədə baş verən təbii fəlakətdən zərərçəkən insanlara qusarlıların yardımı davam edir. Bu gün Qusar şəhərindəki Gənclər evinin qarşısından qardaş ölkəyə humanitar yardım dolu avtomobil yola salınıb.

Qusar İH başçısının müavini Elman Mustafayevin Bizim.Media-ya verdiyi açıqlamaya görə, Qusarın bugünkü yardımı 50 000 manatlıqdır: 

"Bura zəlzələ bölgəsi üçün lazım olan ən  vacib əşyalar, üst isti geyim dəstləri, elektrik qızdırıcıları, dərman vasitələri, təmizlik və yuyucu preparatlar daxildir"

Elman Mustafayev onu da bildirib ki, yardım yerli sakinlərin dəstəyi, icra hakimiyyətinin koordinasiyası ilə birgə  toplanıb. Qusardan gedən ikinci növbəti yardım Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə təhvil veriləcək.

Aytəkin Alxaslı, Bizim Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO