Abşeronda kuryer şirkətinin motoskleti marşrut avtobusuna çırpılıb.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində baş verib.
1997-ci il təvəllüdlü Mirzəyev Rəşid Səfadə oğlu “189 Delivery” çatdırılma şirkətinə məxsus motosikleti dayanacaqda dayanmış “Daevo” markalı “525” saylı marşrut avtobusuna çırpıb.
Zərbənin təsirindən Rəşid Mirzəyev motosikletlə birgə, həmin istiqamətdə hərəkətdə olan “ZİL-130” markalı yük avtomobilinin qarşısına aşıb. Nəticədə motosikletin sürücüsü Rəşid Mirzəyev hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:28 / 16.02.2023
Masazırda motosiklet avtobusa çırpıldı – KURYER ÖLDÜ
Hazırda oxunan: Masazırda motosiklet avtobusa çırpıldı – KURYER ÖLDÜ
Hazırda oxunan: Masazırda motosiklet avtobusa çırpıldı – KURYER ÖLDÜ
120732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.