Ayxan Hacızadə: Qarabağdakı ermənilərin reinteqrasiyası Azərbaycanın daxili məsələsidir

Ayxan Hacızadə: Qarabağdakı ermənilərin reinteqrasiyası Azərbaycanın daxili məsələsidir

Hazırda oxunan: Ayxan Hacızadə: Qarabağdakı ermənilərin reinteqrasiyası Azərbaycanın daxili məsələsidir

120694

“Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü, bu barədə müddəanın Azərbaycanla Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və belə cəhdlərin heç bir nəticəsi olmayacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil olunduğunu bəyan etməsinə münasibət bildirərkən deyib. 

XİN rəsmisi Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəyini vurğulayıb: 

“Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO