AzTV-dən qardaş ölkəyə DƏSTƏK – Ortaq yayımla yardım TOPLANILACAQ

AzTV-dən qardaş ölkəyə DƏSTƏK – Ortaq yayımla yardım TOPLANILACAQ

Hazırda oxunan: AzTV-dən qardaş ölkəyə DƏSTƏK – Ortaq yayımla yardım TOPLANILACAQ

120610

Azərbaycan Televiziyası və Azərbaycan Radiosu Türkiyənin və Şimali Kiprin televiziya kanalları və radioları ilə birlikdə ortaq yayım edəcək. 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, televiziya kanallarının ortaq yayımı “Türkiyə, tək ürək” adlı yardım kanpaniyası çərçivəsində təşkil ediləcək. 

Bu yayıma AzTV və Azərbaycan Radiosu da qoşularaq öz dəstəyini verəcək, eyni zamanda, Azərbaycan xalqına, dünya azərbaycanlılarına zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət ediləcək. 

Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək. 

Türkiyənin Radio və Televiziya Şurasının (RTÜK) təşəbbüsü ilə ərsəyə gələcək ortaq yayım bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO