“Zəngəzurda bu kəndin bir hissəsi də Azərbaycana verilir” - Avetyan

“Zəngəzurda bu kəndin bir hissəsi də Azərbaycana verilir” - Avetyan

Hazırda oxunan: “Zəngəzurda bu kəndin bir hissəsi də Azərbaycana verilir” - Avetyan

12059

“Hazırda azərbaycanlı hərbçilər Zəngəzur mahalının (Sünik) Qarazəmi (Karahunc) kəndindən bir neçə metr aralıdadır və ərazilərin bir hissəsi də onların nəzarətinə keçir”.

Bizim.Media xəbər verir ki, bu sözləri kənd icmasının rəhbəri Lusin Avetyan deyib.

Xatırladaq ki, bu gün Gorus bələdiyyə sədrinin müavini İrina Yolyan “Facebook” səhifəsində Xınzirək (Xndzoresk) və Qarazəmi qəsəbələrinin Ermənistanın sərhəd icmalarına verilən sosial yardım proqramından kənarda qaldıqları barədə məlumat verib.

Avetyan isə bu qərarı “ağlasığmaz adlandırıb: 

“Bu, necə ola bilər? Hazırda sərhədçilər bu kənddə xidmət edirlər. Azərbaycanlılar cəmi bir neçə metr məsafədədir.

Bu anlaşılmazlıq deyilsə, sərt tədbirlər görəcəyik. Kəndimizdən keçən əsas yolu bağlayacağıq”, – deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO