Tanınmış aktyor çalışdığı “Mədəniyyət” kanalından ÇIXARILDI – Verilişi isə DAYANDIRILDI  

Tanınmış aktyor çalışdığı “Mədəniyyət” kanalından ÇIXARILDI – Verilişi isə DAYANDIRILDI  

Hazırda oxunan: Tanınmış aktyor çalışdığı “Mədəniyyət” kanalından ÇIXARILDI – Verilişi isə DAYANDIRILDI  

120574

Tanınmış aktyor-rejissor, səs sənətçisi Kamal Yaşar Mədəniyyət TV kanalından işdən çıxarılıb. Müəllifi və aparıcı olduğu “Kinokitab” verilişinin isə yayımı dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Kamal Yaşar özünün sosial hesabında məlumat verib. O, qeyd edib ki, illərdir müəlifi olduğu “Kinokitab” layihəsinə son verilməsi məhz ana televiziyanın yarandığı tarixdə baş verib. 

Qeyd edək ki, Kamal Yaşar iki gün əvvəl prezidentə açıq videomüraciət edib. Rejissor videomüraciətində çalışdığı sahədə baş verən qanunsuzluqları dilə gətirib.

O, dublyajda vahid mərkəzləşmənin olmaması, maliyyədən yayınmaq üçün lisenziyasız pirat filmlərdən istifadəyə yol verilməsi, bir filmin pulunu azaltmaq üçün bir neçə azsaylı aktyor tərəfindən səsləndirilməsi, aktyorların və tərcüməçinin hədsiz minimal qonorarla işləməsi, məsrəfdən qaçmaq üçün redaktorlardan imtina, maliyyə ucbatından dublyajın ən vacib mütəxəssislərindən olan "ukladşik" (dodaq oturdan) peşəsinin birdəfəlik ixtisarı və dublyajın tamamilə diqqətdən kənar qalması kimi problemlərin olduğunu açıqlayıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO