Bu tarixdə “Twitter”ə direktor təyin ediləcək - İlon Mask AÇIQLADI

Bu tarixdə “Twitter”ə direktor təyin ediləcək - İlon Mask AÇIQLADI

Hazırda oxunan: Bu tarixdə “Twitter”ə direktor təyin ediləcək - İlon Mask AÇIQLADI

120557

İlon Mask 2023-cü ilin sonuna kimi hazırda vəzifələrini özü yerinə yetirdiyi “Twitter”ə direktor təyin etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, İ.Mask, bu barədə çərşənbə günü Dubayda keçirilən Dünya Hökuməti Sammitində videobağlantı vasitəsilə danışarkən bildirib.

"Biz ilk növbədə şirkəti sabitləşdirməliyik. Onun maliyyə sağlamlığını təmin etməliyik. Bununla bağlı planlar kifayət qədər aydın şəkildə tərtib edilib. Bunun ilin sonuna qədər baş verəcəyini düşünürəm", - deyə o, əlaqəli suala cavab verib.

Qeyd edək ki, İlon Mask "Twitter"i oktyabr ayında 44 milyard dollara satın alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO