Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaq - FOTO

Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaq - FOTO

Hazırda oxunan: Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaq - FOTO

12044

Fevralın 17-dən etibarən dövlət yoxlanışı zamanı əhali abonentləri üçün quraşdırılan əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı, Bakı şəhərinin rayonları üzrə yerli qaz xidmət sahələrində də həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, kütləvi şəkildə sayğac əvəzlənməsi qeydə alınan ərazilərdə isə abonentlərin yuxarıda sadalanan məkanlara getməsinə ehtiyac qalmayacaq.

Onların qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi səyyar avtomobillərlə fəaliyyət göstərəcək Müştəri xidməti şöbəsinin əməkdaşları tərəfindən təmin olunacaq.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün bu barədə əlaqədar struktur rəhbərlərinə müvafiq göstərişlər verib.

Abonentlərin əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarını almasında hər hansı bir problemin yaşanmaması üçün bütün imkanların səfərbər olunması tapşırılıb.

Xatırladaq ki, mövcud qaydalara görə əhali abonent qrupunun istifadəsində olan qaz sayğacları 5 ildən bir dövlət yoxlanışı üçün açılaraq götürülür, yerinə isə yenisi quraşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO