Ərdoğan:

Ərdoğan: "PKK hansı hinə girsə, tapıb gəbərdəcəyik"

Hazırda oxunan: Ərdoğan: "PKK hansı hinə girsə, tapıb gəbərdəcəyik"

12043

“Alçaq bir terror təşkilatı ilə mübarizə aparırıq. Son hadisə Türkiyənin PKK ilə mübarizə üçün İraqın şimalında və Suriyada apardığı əməliyyatların nə qədərə önəmli olduğunu bir daha sübut etdi”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ PKK-ya külli miqdarda silah göndərdi


“PKK-ya PKK-a, terrora terror, qətliama qətliam deyə bilməyən, beyinlərindəki alçaq oyunları, qurduqları xain tələləri, çevirdikləri fırıldaqları gizləməyə çalışanların planları ortaya çıxdı.

Şəhidlərimizin acısı ürəyimizi ağrıdarkən mübarizə əzmimiz də artıb. Hansı hinə girərlərsə girsinlər, girdikləri hinlərdə onları tapacaq və orada gəbərdəcəyik.

Şəhidlərimiz var, amma biz bilirik ki, bu yoxa çıxmaq deyil. Biz bilirik ki, Allah yolunda öldürülənlərə ölü deyilmir, onlar diridirlər, ancaq alçaqlar bunu dərk edə bilməz”,- deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO