Qərbdən gələn TƏHLÜKƏLİ ÇAĞIRIŞ – Ukraynadakı savaş qonşu ölkələrə də sıçrayır?

Qərbdən gələn TƏHLÜKƏLİ ÇAĞIRIŞ – Ukraynadakı savaş qonşu ölkələrə də sıçrayır?

Hazırda oxunan: Qərbdən gələn TƏHLÜKƏLİ ÇAĞIRIŞ – Ukraynadakı savaş qonşu ölkələrə də sıçrayır?

120411

Fevralın 13-dən etibarən bir sıra Qərb ölkələri öz vətəndaşlarına Rusiya və Belarusu təcili tərk etməyə çağırıb. Belə ki, ABŞ-ın Rusiyadakı vətəndaşlarına çağırışından sonra oxşar addım Fransa da atıb. Hər iki ölkə Rusiyanın daxilindəki təxribat və təqib ehtimallarını çağırışa başlıca səbəb kimi önə sürüb.

Kanada isə eyni çağırışı Belarusdakı vətəndaşlarına ünvanlayıb. Ölkənin xarici işlər nazirliyinin bəyanatında deyilir:

“Rusiya ilə Ukrayna arasında silahlı münaqişə riski səbəbindən Belarusa səyahət etməkdən çəkinməlidirlər”.

Sadalananlarla yanaşı, NATO baş katibi Yens Stoltenberqin fevralın 13-də verdiyi açıqlamada səsləndirdiyi fikirlər narahatlığı daha da artırıb. Stoltenberq Rusiyanın Ukraynada genişmiqyaslı hücum hazırlığında olduğunu bildirib.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli Qərb ölkələrinin vətəndaşlarının təxliyyəsi çağırışının səbəblərinə aydınlıq gətirib:

“Bu çağırışların səbəbləri arasında Rusiyanın Ukraynaya müdaxiləsi, hərbi fəallığın artması, sərhəd keçidlərinin bağlanması və digər təhlükəsizlik problemləri ola bilər. Lakin müharibənin Rusiya və Belarus ərazisinə keçmə ehtimalı hələlik təsdiqini tapmayıb və bu çağırışların əsas səbəbi adətən təhlükəsizliklə bağlı narahatlıqlardır.

Lakin burada digər faktorların da rolu var. Xüsusən, Qərb ölkələri Rusiyanın daxili təhlükəsizliyi ilə narahatlıqlarını qabartmaqla onun milli təhlükəsizliyindəki boşluqların olduğunu göstərməkdir.

Bununla da sabitliyin pozulması, yəni mərkəzi hakimiyyətin sıradan çıxması hədəflənir. Qərbin çağırışlarını Putinin Volqoqraddakı çıxışının əvəzi kimi oxumaq lazımdır. Bu tərəflər arasında psixoloji və diversiya hərəkətlərinin son mərhələsidir”.

Hərbi ekspert Ədalət Verdiyev isə Ukraynada savaşın genişlənməsi ehtimallarını dəyərləndirib:

“Qərb ölkələrinin öz vətəndaşlarını Belarus ərazisini tərk etməyə çağırması, təbii ki, Rusiya ilə Ukrayna arasında müharibənin daha kəskin mərhələyə keçməsi ilə bağlı ola bilər. Qərbin Ukraynaya verdiyi silahların nomenklaturasına baxdıqda, bunlar daha çox hücum silahlarıdır. Eyni zamanda bu gün Ukraynaya tankların, artileriya sistemlərinin, PUA və qırıcıların verilməsi müzakirə olunur. Adıçəkilən silahların Ukraynaya çatıdırılması bu ölkənin hücum potensialını daha da artırmaqla paralel olaraq, Rusiyanın daha sərt cavab reaksiyalarına səbəb ola bilər”.

Ekspert Rusiyanın Ukraynaya növbəti irimiqyaslı hücum hazırılığı üçün zəruri potensiala sahib olması məsələsinə də toxunub:

“Hazırda Rusiyanın quru qoşunlarının potensialı o qədər də yüksək deyil. Lakin istənilən halda, Rusiyanın ehtiyatlaır hələ də tükənməyib. Onlar öz raketlərindən və İran istehsalı PUA-lardan kifayət qədər istifadə edir. Buna rəğmən, səfərbərliklə müharibəyə cəlb edilən hissələrin döyüşə hazırlığı şübhə doğurur. Bu heyət çoxsayda hərbi hissələrə yerləşdirilib. Bəzi hərbi hissələr bir neçə dəfə səfərbərliyə cəlb olunanların hesabına komplektləşdirilib.

Onların döyüş hazırlığı yalnız fərdi səviyyədə məhdudlaşır. Uzlaşma və qarşılıqlı əlaqə məsələsində ciddi problemlər var. Bu məsələlərin həllinə nail olmaq müharibənin gedişatında elə də asan olmayacaq.
Lakin bu Rusiya ordusunun tükənməsi demək deyil. Müharibə yazın ortalarından yayın sonunadək kifayət qədər intensiv formada davam edəcək.

İstənilən halda, psixoloji üstünlük Ukraynanın tərəfində olacaq. Əgər Qərbdən vəd edilən silahların  heç olması bir hissəsi yaxın həftələrdə mənzil başına çatdırılarsa, Ukrayna yaz-yaz kampaniyasında ciddi uğurlar əldə edə bilər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO