“Ali təhsil haqqında” qanunun qəbuluna hansı REKTORLAR mane olur? - EKSPERT

“Ali təhsil haqqında” qanunun qəbuluna hansı REKTORLAR mane olur? - EKSPERT

Hazırda oxunan: “Ali təhsil haqqında” qanunun qəbuluna hansı REKTORLAR mane olur? - EKSPERT

120400

Bizim.Media-nın xəbər verdiyi kimi, Elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında” qanunun qəbulu ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib ki, belə bir qanunun qəbulunda maraqlıdırlar.

"Nazirlik qanunları icra edən qurumdur. Biz qanunları icra edən qurum olduğumuza görə, qanun yaratmaq funksiyamız yoxdur”.

Lakin buna baxmayaraq, ölkədə “Elm və Təhsil haqqında” qanun olsa da, “Ali təhsil haqqında” qanunun qəbulu nədənsə yubanır. Uzun müddətdir ki, bu istiqamətdə addım atılmasına cəhd edilsə də, prosesə hələ də start verilməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Təhsil haqqında" qanuna dəyişiklik edildi


Bizim.Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirir ki, sözügedən qanunun bu günə qədər qəbul edilməməsi bir sıra universitet rektorlarının prosesdə maraqlı olmamalarından qaynaqlanır: 

“Azərbaycanda “Elm və Təhsil haqqında” qanun olsa da, “Ali təhsil haqqında” ayrıca xüsusi bir qanun yoxdur. Bununla bağlı Milli Məclisin Elm və Təhsil Komitəsi işləməli və bu istiqamətdə təhsillə bağlı müxtəlif qurumlarla müzakirələr aparmalıdır.

Bu günə qədər “Ali təhsil haqqında” qanunun qəbul edilməməsi düşünürəm ki, bir sıra ali təhsil müəssisəsi rektorlarının maraqlarından doğan məsələdir. Ali təhsil haqqında” qanunvericilikdə təhsil alan və təhsil verənlərlə bağlı müəyyən tələblər və vəzifələrin yer alması yəqin ki, bir sıra rektorların ürəyincə deyil.

Həmin rektorların böyük əksəriyyəti son seçkilərə qədər həm də Milli Məclisin deputatları olub. Son seçkilərdə isə onların qarşısına ya rektorluq, ya da millət vəkili olmaq səddi qoyuldu. Ola bilsin qanunun qəbul edilməməsinə bu amil öz təsirini göstərib.
Elm və Təhsil Komitəsi tərəfindən müvafiq işlər aparılır, müəyyən müddəaların hazırlanması prosesi gedir.

Amma “Ali təhsil haqqında” qanunun müəyyən şərtləri indi də millət vəkili olan həmin rektorlara sərf etmir. Nəticə etibarı ilə onlar da bu qanunvericiliyin işıq üzü görməsinin əleyhinə çıxırlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO