Qubada şahmat yarışı başa çatdı

Qubada şahmat yarışı başa çatdı

Hazırda oxunan: Qubada şahmat yarışı başa çatdı

120377

Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə yekun vurulub.  

Bizim Media xəbər verir ki, turnirin əsas yarışında 9 oyundan 8 xal toplayan Fərid Mustafayev birinci yeri tutub.

Kənan Qarayevlə Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

12 yaşlıların mübarizəsində Əlisəfa Zeynallı qalib gəlib. Anar Rəhmanov ikinci, Rauf Əliyev üçüncü olub.

Ümumilikdə 110 şahmatçının yarışdığı turnir Quba Şahdağ Otelinin sponsorluğu və “Ağ Top” klubunun təşkilatçılığı ilə keçirilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO