Xərçəng xəstəliyinin müalicəsi BU ÜSULLA mümkün olacaq 

Xərçəng xəstəliyinin müalicəsi BU ÜSULLA mümkün olacaq 

Hazırda oxunan: Xərçəng xəstəliyinin müalicəsi BU ÜSULLA mümkün olacaq 

120340

Elm adamları mürəkkəb kimyəvi prosesi işə salmaqla laboratoriyada çox yönlü, sintetik "kiborq" hüceyrələri yarada bilib. 

Bizim.Media xəbər verir ki, sintetik hüceyrələrin bölünmə və böyümə qabiliyyəti olmasa da, canlı hüceyrələrlə bir çox ortaq xüsusiyyətləri var.

ABŞ-ın Kaliforniya Universitetinin biotibbi mühəndisi Cemenq Tan açıqlamasında bildirib ki, kiborq hüceyrələri proqramlaşdırıla, yeni qabiliyyətlər qazana və bunu edərkən əsas hüceyrə fəaliyyətini qoruya bilər.
Mütəxəssislərin fikrincə, süni hüceyrələrin özbaşına çoxalmaması vacibdir. Onların faydalı olması üçün diqqətlə nəzarət edilməlidir. Əgər həqiqi hüceyrələrlə eyni şəkildə çoxalarsa, ondan istifadə mümkün olmaya bilər.

Tədqiqatçılar “kiborq” hüceyrələrinin xərçəng kimi xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini açıqlayıblar.

Aygün İbrahimli, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO