Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından 150 min dollar nağd pul tapıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
"Rusiya xilasediciləri axtarış-xilasetmə əməliyyatları zamanı Türkiyədə yaşayış binasının dağıntılarını təmizləyərkən hər biri 100 ABŞ dolları olan külli miqdarda pul aşkar ediblər. Tapılan 150 min dollar məbləğində vəsait inventarlaşdırılması üçün yerli polisə təhvil verilib”, - deyə məlumatda bildirilir.
Fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqi ilə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Türkiyə lideri zəlzələni “əsrin fəlakəti” adlandırıb.
Son məlumatlara görə, 31 mindən çox insan həyatını itirib. Zəlzələdən sonra baş verən yüzlərlə yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 10 əyalətində və qonşu dövlətlərdə hiss olunub.
Bizim.Media