9 gündür dağıntılar altında qalan azərbaycanlı tələbələrlə bağlı Türkiyədəki səfirliyimizdən AÇIQLAMA

9 gündür dağıntılar altında qalan azərbaycanlı tələbələrlə bağlı Türkiyədəki səfirliyimizdən AÇIQLAMA

Hazırda oxunan: 9 gündür dağıntılar altında qalan azərbaycanlı tələbələrlə bağlı Türkiyədəki səfirliyimizdən AÇIQLAMA

120335

Türkiyədəki dəhşətli zəlzələdən sonra dağıntılar altında qalan Malatya İnönü Universitetinin 4 azərbaycanlı tələbəsi ilə bağlı 9 gündür ki, hər hansı məlumat yoxdur. Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin axtarışları isə davam edir.

Malatyada 7 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayan tələbələrin zəlzələ baş verən gün evdə olduqları bildirilsə də, axtarış-xilasetmə işlərində onlarla bağlı heç bir iz tapılmayıb. Xilasedicilərin bildirdiyinə görə həmin bina toz halına düşüb, dağıntılar altında isə artıq heç kim qalmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

6 gündür dağıntılar altında qalan azərbaycanlı tələbənin ANASI – “Sağ çıxanlar var, ümidliyəm”


Ötən gündən etibarən axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər cəlb edilib. Amma tələbələrlə bağlı iz yoxdur. Bu isə azərbaycanlı tələbələrin itkinlər siyahısında olma ehtimalını artırır.

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Bizim.Media-ya açıqlamasında axtarışların dayandırılmadığını deyib:

“Həmin binada axtarışlar dayanmayıb. Ümumiyyətlə, həmin gecə tələbələrin yaşadıqları binada olub-olmadığını da demək çətindir. Ona görə gözləmək lazımdır”.

Tələbələrimizin itkinlər siyahısında olub-olmamasına gəlincə XİN rəsmisi bildirib ki, indidən bu barədə nəsə demək çətindir.

Azərbaycanın Türkiyədəki səfirliyinin sözçüsü Aygün Qocayeva isə saytımıza tələbələrin adlarının axtarışda olanlar siyahısında olduğunu bildirib:

“Axtarışlar davam edir. Mütəmadi olaraq biz də əlaqə saxlayırıq.  Tələbələrimiz axtarışı davam edənlər siyahısındadırlar”, - deyə səfirlik rəsmisi əlavə edib.

Tələbələrin doğmaları da ümidlərini üzməyiblər.

9 gündür gözü yolda, qulağı səsdə olan Şahin Verdiyevin anası Esmira Hüseynova Bizim.Media-ya oğlu ilə bağlı yaxşı xəbər alacağına ümidli olduğunu deyib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO