Şəhid ailələrindən qardaş Türkiyəyə DƏSTƏK - FOTO  

Şəhid ailələrindən qardaş Türkiyəyə DƏSTƏK - FOTO  

Hazırda oxunan: Şəhid ailələrindən qardaş Türkiyəyə DƏSTƏK - FOTO  

120292

Kürdəmirdə şəhid ailələri qardaş Türkiyədə zəlzələdən zərər çəkən insanlar üçün bir araya gəldilər. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, şəhid ailələrinin topladıqları isti geyimlər, isti yataq dəstləri, elektrik qızdırıcıları və mühərrikləri eləcə də zəruri ərzaq məhsulları rayonda fəaliyyət göstərən Cümə məscidinin müvəqqəti saxlama məntəqəsinə toplanır. 

Toplanan yardımlar isə yaxın günlərdə iritutumlu maşınlarla Türkiyəyə yola salınması məqsədilə Bakı şəhərinə göndərilib. 

Bundan başqa yaxın günlərdə Kürdəmir rayon icra hakimiyyətinin xətti ilə 4 ədəd hər biri 14 nəfərlik olan çadırların Türkiyədə zəlzələdən zərərçəkən insanlar üçün göndərilməsi nəzərdə tutulur.  

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO