ADY sədri Özbəkistanın nəqliyyat sahəsi üzrə nümayəndə heyətini QƏBUL ETDİ - FOTO 

ADY sədri Özbəkistanın nəqliyyat sahəsi üzrə nümayəndə heyətini QƏBUL ETDİ - FOTO 

Hazırda oxunan: ADY sədri Özbəkistanın nəqliyyat sahəsi üzrə nümayəndə heyətini QƏBUL ETDİ - FOTO 

120265

Bu gün Azərbaycanda səfərdə olan Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfər çərçivəsində ‘’ADY’’ QSC-də olub. 

Bizim.Media xəbər verir ki, bu barədə QSC-nin məlumatında bildirilib. 

Məlumata görə, nümayəndə heyətini qəbul edən ADY sədri R.Rüstəmov həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib. 

Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib. 
Tərəflər 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən “Özbəkistan- Türkmənistan-Azərbaycan-Gürcüstan’’ marşrutu üzrə yükdaşımalar, daşımaların növü və müvafiq tarif siyasətini müzakirə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO