Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 2022-ci ildə 71 təşkilatda yoxlamalar aparılıb. Nəticədə 5.081,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Bu məbləğin 1747,7 min manatı yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilib.
Bizim.Media-ya xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bizim.Media