Putin Ukraynaya qarşı yeni hücumlara hazırlaşır - NATO Baş katibi

Putin Ukraynaya qarşı yeni hücumlara hazırlaşır - NATO Baş katibi

Hazırda oxunan: Putin Ukraynaya qarşı yeni hücumlara hazırlaşır - NATO Baş katibi

120223

“Putin sülhə hazırlaşmır, Ukraynaya qarşı yeni hücumlara hazırlaşır”.

Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.

“Biz Ukraynanın özünümüdafiəsi və qalib gəlməsi üçün ehtiyac olduğu silahları verməliyik. Biz sabah Ukraynanın vacib ehtiyaclarını müzakirə edəcəyik. Biz nə qədər müddət ehtiyac olarsa, Ukraynanın yanında olacağımızı artıq bəyan etmişik.
Rusiya döyüş meydanında təşəbbüsü ələ keçirməzdən əvvəl döyüş sursatı, yanacaq və ehtiyat hissələri Ukraynaya vaxtında çatmalıdır. Sürətli çatdırılma həyatları xilas edəcək”, - Stoltenberq vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO