Azərbaycanda ÜDM-in həcmi açıqlandı

Azərbaycanda ÜDM-in həcmi açıqlandı

Hazırda oxunan: Azərbaycanda ÜDM-in həcmi açıqlandı

120163

2023-cü ilin yanvar ayında ölkədə 9690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artıb.

ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO