Prezident:

Prezident: "Biz bu sahədə böyük uğurlara imza atmışıq"

Hazırda oxunan: Prezident: "Biz bu sahədə böyük uğurlara imza atmışıq"

120160

"Hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Buna baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

“Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətləri və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO