Türkiyədən Azərbaycana gətirilən uşaqların son vəziyyəti AÇIQLANDI 

Türkiyədən Azərbaycana gətirilən uşaqların son vəziyyəti AÇIQLANDI 

Hazırda oxunan: Türkiyədən Azərbaycana gətirilən uşaqların son vəziyyəti AÇIQLANDI 

120130

Türkiyədə ağır zəlzələdə yaralanan və Azərbaycana gətirilən 10 uşağın son vəziyyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova jurnalistlərə açıqlamasında bildirib ki, uşaqlar ailələri ilə birgə gətirilən kimi dərhal palatalara yerləşdirilib. 

"Müayinə edilən uşaqlar arasında 2020-ci il təvəllüdlü Asel Kutluda yüngül katoral əlamətlər və qızdırma olub. Müalicəsi üzrə müvafiq təyinatlar verilib. Digər 8 günlük körpədə yol stresi, yeni doğulumuşun sarılığı baş verdiyi üçün müvafiq müalicələrə başlanıb. Hazırda uşaqların vəziyyəti kafidir", - A.Zeynalova deyib. 
Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər. 

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələdən sonra 29605 nəfər ölüb. 147 934 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO