İsrail hərbçiləri Misir sərhədində 14,2 milyon dollar dəyərində narkotik ələ keçirdi

İsrail hərbçiləri Misir sərhədində 14,2 milyon dollar dəyərində narkotik ələ keçirdi

Hazırda oxunan: İsrail hərbçiləri Misir sərhədində 14,2 milyon dollar dəyərində narkotik ələ keçirdi

120053

İsrail hərbçiləri Misirdən böyük narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 5-də hərbçilər Yoav regional briqadasının məsuliyyət zonasında Misirdən İsrail ərazisinə narkotik keçirməyə cəhd edən üç şübhəli şəxsi aşkarlayıblar.

Hadisə yerinə gələn hərbçilər polislə birlikdə qaçaqmalçılıq cəhdinin qarşısını alıb, şübhəliləri saxlayıb və təqribən 50 milyon şekel (təxminən 14,2 milyon dollar) dəyərində 120 kiloqram narkotik vasitə müsadirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO