Hatayda 10 yaşlı qız uşağı dağıntı altından çıxarıldı

Hatayda 10 yaşlı qız uşağı dağıntı altından çıxarıldı

Hazırda oxunan: Hatayda 10 yaşlı qız uşağı dağıntı altından çıxarıldı

119979

Türkiyənin Hatay vilayətində baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı qız uşağı dağıntılar altından xilas edilib.

Bizim.Media xəbər verir ki, episentri Kahramanmaraş vilayətində olan zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

Cudi adlı qız uşağı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO