Güney Azərbaycanın Xoy şəhərində 130 min nəfər evsiz QALDI

Güney Azərbaycanın Xoy şəhərində 130 min nəfər evsiz QALDI

Hazırda oxunan: Güney Azərbaycanın Xoy şəhərində 130 min nəfər evsiz QALDI

119878

Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 130 min nəfər evsiz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Güney Azərbaycana bağlı informasiya mənbələri məlumat yayıb.

Bildirilib ki, evləri dağılan güney azərbaycanlıların çadır düşərgələrində yerləşdirildiklərinə dair rəsmilər açıqlama verirlər. Yerli sosial media fəalları düşərgələrdə minlərlə insanın acınacaqlı durumda olduğunu yazıblar.
Güney Azərbaycan bölgələrindən zəlzələdən zərərçəkənlər üçün 120 milyard tümən (2 milyon 400 min avro) dəyərində yardım toplanıldığı vurğulanıb.

Qeyd edək ki, yanvarın sonunda bir həftədə Xoyda iki dəfə zəlzələ baş verib. Rəsmi məlumatlara əsasən, yeraltı təkanlar nəticəsində 5 mindən çox ev dağılıb, 12 mindən artıq yaşayış binası zədələnib. Təbii fəlakət nəticəsində ölənlər və yaralananlar var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO