Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə yola SALINIR

Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə yola SALINIR

Hazırda oxunan: Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə yola SALINIR

119818

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sayca üçüncü humanitar yardım karvanı qardaş ölkəyə yola salınır.

Bizim.Media xəbər verir ki, nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, humanitar yardım yük avtomobilləri və onları müşahidə edən nəqliyyat vasitələri ilə qardaş ölkəyə göndərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO