Azərbaycanda mülki-müdafiə haqda bilgilər necə tədris olunur? - EKSPERT

Azərbaycanda mülki-müdafiə haqda bilgilər necə tədris olunur? - EKSPERT

Hazırda oxunan: Azərbaycanda mülki-müdafiə haqda bilgilər necə tədris olunur? - EKSPERT

119810

Türkiyədə baş verən dəhşətli zəlzələ vadar edir ki, biz də ölkəmizdə belə gözlənilməz təbiət hadisələrinə hazırlıqlarımızı artıraq. Bu məsələ həm ideoloji, həm də praktik sahədə gücləndirilməlidir. Sirr deyil ki, hazırda Bakıda və digər mərkəzi şəhərlərdə istismar müddəti başa çatmış binalar var.

Ən pisi də odur ki, həmin binalar kifayət qədər yüklənib. Binalara artırmalar edilib, bəzi arakəsmə divarları sökülüb. Bu isə 5-6 ballıq zəlzələdə real təhlükə deməkdir.

Məsələnin digər tərəfi isə maarifləndirmə işinin aparılmasıdır. Bu gün ekstremal və fövqəladə vəziyyətdə davranış qaydalarını bilən çox az sayda vədəndaşlarımız var. Hətta bəzi insanlarda ilkin bilikləri belə yoxdur.
Məsələn, 2000-ci ilin noyabrında Bakıda baş vermiş zəlzələ zamanı təşvişə düşən bəzi soydaşlarımız özlərini binanın yuxarı mərtəbələrinin eyvanından atmışdı. Bu da insanlara əlavə faciə yaşatmışdı.

Məsələ ilə bağlı hərbi və ekstremal şəraitlər üzrə ekspert Elxan Şıxəliyevlə həmsöhbət olduq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, nəzəri cəhətdən orta məktəblərdə hər şey normal görünür:

“Lakin praktik cəhətdən məqsədə nə qədər nail olunduğunu demək çətindir. Beləki, orta məktəbin yuxarı siniflərində hərbi hazırlıq dərslərində şagirdlərə bu mövzu tədris olunur. Bu siniflər üçün nəzərdə tutulan tədris vəsaitlərində “Təbii fəlakətlər” bölməsi var.

Bu bölmədə şagirdlərə zəlzələ zamanı davranış qaydaları öyrədilir. Bundan əlavə 2,3 və 6-cı siniflərdə tədris üçün Rayon İcra Hakimiyyətinin nəzdindəki Fövqəladə Hallar Komissiyası tərəfində materiallar paylanılır.
Və bu vəsaitlər hesabına ildə 10 saat mülki müdafiə dərsəri keçirilir.

Ali məktəblərdə isə ancaq hərbi yönümlü tədris müəssisələrində mülkü müdafiə ilə bağlı dərslər keçirilir. Lakin, ayrı-ayrı müəssisə və təşkilatlarda mülkü müdafiə işinin təşkil olunduğunu demək çətindir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO