Təyyarə ilə yola salınan növbəti humanitar yardımımız Türkiyəyə ÇATDI - FOTO

Təyyarə ilə yola salınan növbəti humanitar yardımımız Türkiyəyə ÇATDI - FOTO

Hazırda oxunan: Təyyarə ilə yola salınan növbəti humanitar yardımımız Türkiyəyə ÇATDI - FOTO

119788

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.

Belə ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Prezidentin tapşırığına əsasən, FHN tərəfindən indiyədək 9 təyyarə və 30 yük maşını Türkiyəyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO