Səhiyyə Nazirliyi AİB ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Səhiyyə Nazirliyi AİB ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Hazırda oxunan: Səhiyyə Nazirliyi AİB ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

119775

“Azərbaycanın Səhiyyə Nazirliyi Asiya İnkişaf Bankı (AİB) ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır”. 

Bizim.Media Azərbaycan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan ilə görüşündə deyib. 

Nazir qeyd edib ki, bankla müxtəlif sahələrdə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

T.Musayev vurğulayıb ki, rəqəmsal texnologiyalardan istifadə Azərbaycanın səhiyyə sistemində aparılan islahatların əsasını təşkil edir:

“Səhiyyə sisteminin təkmilləşdirilməsi, xüsusilə onun rəqəmsallaşdırılması və insan kapitalının inkişafı ölkəmiz üçün prioritet məsələdir”. 

K.Makdeyqan isə Azərbaycanın səhiyyə sistemində aparılan islahatlara dəstəyini ifadə edib. O qeyd edib ki, cari il ərzində AİB Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyasının layihəsini hazırlayacaq:

“Bununla AİB və Azərbaycan arasında səhiyyə sektoru daxil olmaqla, tərəfdaşlığın uzunmüddətli prioritetləri müəyyən ediləcək”. 

Görüş zamanı tərəflər növbəti Ölkə Tərəfdaşlığı Strategiyası dövründə potensial əməkdaşlıq sahələrini, o cümlədən Azərbaycanda rəqəmsal səhiyyə sahəsinin inkişafı üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO