Gəncədən Türkiyəyə 150 tona yaxın yardım göndərildi - FOTO 

Gəncədən Türkiyəyə 150 tona yaxın yardım göndərildi - FOTO 

Hazırda oxunan: Gəncədən Türkiyəyə 150 tona yaxın yardım göndərildi - FOTO 

119759

Gəncədən ümumi çəkisi 150 tona yaxın olmaqla 7 yük maşınından ibarət humanitar yardım Türkiyəyə yola salındı.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə 6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının cənub-şərq bölgəsində qeydə alınan zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə yardım məqsədi ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncədən və ətraf bölgələrdən də yardımlar toplanılır.  

Yola salma mərasimində Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və şəhər ictimaiyyəti iştirak edib.  
Göndərilən ləvazimatlar əsasən, isti geyimlər, istilik vasitələri, yorğanlar, ədyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar və digər zəruri əşyalar olub.  

Qeyd edək ki, yardım aksiyası davam edir və növbəti yardım karvanının sabah yola salınması nəzərdə tutulub.  








Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO