Xilasedicilərimiz bu gün 20 nəfərin cəsədini dağıntılar altından çıxarıb – ÖZƏL VİDEOREPORTAJ 

Xilasedicilərimiz bu gün 20 nəfərin cəsədini dağıntılar altından çıxarıb – ÖZƏL VİDEOREPORTAJ 

Hazırda oxunan: Xilasedicilərimiz bu gün 20 nəfərin cəsədini dağıntılar altından çıxarıb – ÖZƏL VİDEOREPORTAJ 

119758

Türkiyədə baş verən dəhşətli zəlzələdə artıq 5-ci gündür ki, Fövqəladə Hallar Nazirliyinin bölgəyə göndərilmiş əməkdaşları axtarış-xilasetmə işlərini davam etdirir. 

Bizim.Media-nın hazırda dağıntıların daha çox olduğu Kahramanmaraş şəhərində olan əməkdaşı FHN-nin əməkdaşı mayor Tofiq Səmədovdan bu günün statistikası ilə bağlı məlumat alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Kahramanmaraşda son durum necədir? - ÖZƏL VİDEOREPORTAJ


T. Səmədov bildirib ki, bu gün səhər saatlarında 6-sı kişi, 8-i qadın, 6-sı uşaq olmaqla, ümumilikdə 20 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

FHN əməkdaşı qeyd edib ki, Kahramanmaraşda axtarış-xilasetmə işlərinə 740 nəfər xilasedicimiz cəlb olunub. 

Əməkdaşımızın sözügedən ərazidən hazırladığı xüsusi reportajı sizə təqdim edirik: 


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO