Moskva qaydaları DƏYİŞDİ: Azərbaycanlılar Rusiyanı tərk etməli olacaqlar

Moskva qaydaları DƏYİŞDİ: Azərbaycanlılar Rusiyanı tərk etməli olacaqlar

Hazırda oxunan: Moskva qaydaları DƏYİŞDİ: Azərbaycanlılar Rusiyanı tərk etməli olacaqlar

119725

Rusiyada miqrantların qalma şərtləri sərtləşdirilə bilər. Mətbuatın yazdığına görə, viza rejiminin tətbiq olunmadığı ölkələrdən gələn xarici vətəndaşların il ərzində Rusiya Federasiyası ərazisində 180 gün deyil, 90 gün qala biləcəkləri planlaşdırılır.

Bundan əlavə, həmin kateqoriya əcnəbi vətəndaşlara “miqrasiya rüsumu”nun tətbiqi məsələsinə də baxılır. Hazırkı qanuna uyğun olaraq Rusiyada əcnəbilər 180 gün ərzində ölkədə 90 günə qədər qala bilirlər.

90 gündən sonra isə onlardan RF ərazisini tərk etmək tələb olunur. Qeyd edək ki, müvafiq təkliflər hazırda Rusiya Federasiyasının Daxili İşlər Nazirliyində müzakirə olunur.

Bizim.Media-ya açıqlamasında miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, miqrantlar əvvəl Rusiyada 90 gün yaşayıb, sonra ərazini tərk edib, yalnız 3 aydan sonra yenidən Rusiyaya qayıda bilərdisə, indi bu müddətin 180 gündən bir ilə qədər artırılması təklif edilir:

“Nəticə etivbarı ilə 180 gün ərzində miqrantlar bu ölkədə yalnız 90 gün yaşaya bilərdi. Bu isə Rusiyada müəyyən narazılığa səbəb oldu və həmin qayda blok olundu. Yeni təkliflə isə həmin 180 günlük müddəti bir ilə qədər artrmaq istəyirlər.

Bu fonda əvvəl miqrantlar 180 gün daxilində bir dəfə 90 gün Rusiyada yaşaya bilirdisə, indi bir il ərzində 90 gün yaşaya biləcək. Belədə miqrant daha 3 ay deyil, 9 ay keçəndən sonra yenidən giriş əldə edə bilər. Bu da qaydaların sərtləşdirilməsidir”. 

Ekspertə görə, bu təklif Rusiyanın belə giriş-çıxışdan maliyyə cəhətdən fayda götürməsinə hesablanıb:

“Rusiya maraqlıdır ki, Rusiyadakı miqrantlar orada müvəqqəti yaşamaq icazəsi əsasında yaşasınlar. Amma bunun alınması üçün də əsaslar lazımdır. Əsas isə iş icazəsi, iş patentidir. Bu da artıq vergi ödəməsi, büdcəyə gəlir gəlməsi deməkdir. 2021-ci ildə Rusiyaya 7 milyon, keçən il isə 8 milyondan çox miqrant giriş edib. Onun da 80-85 faizi 90 gün ərzində orada yaşayıb. Amma Rusiya büdcəsi bundan heç bir qazanc əldə etməyib. İndi isə bu prosesdən də qazanc əldə etməyi düşünürlər”. 

A.Allahverənov düşünür ki, təklifin reallaşması fonunda müəyyən qisim azərbaycanlılar Rusiyadan geri qayıtmalı olacaqlar: 

“Bu addımın atılması Rusiyadakı soydaşlarımıza da təsir edəcək. Təklifin qəbulu fonunda soydaşlarımız Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsi almaq üçün əsaslar gətirmək üzərində düşünməli olacaq. Belədə təklif daim hərəkətdə olan, yəni daim giriş-çıxış edən soydaşlarımıza təsir edəcək. Onların da müəyyən qismi əsas tapa bilməyəndə, yəni iş icazəsi, əmək patenti ala bilməyəndə, təbii ki, Azərbaycana qayıtmaq məcburiyyətində qalacaqlar. 2022-ci ildə Azərbaycandan Rusiyaya giriş edən və qeydiyyata düşən vətəndaşlarımızın sayı 327,9 min nəfər olub. Bu ölkədə müvəqqəti və daimi yaşamaq icazəsi ilə yaşayanların sayı isə 120-140 min civarəndadır.  Belədə Rusiyada 500 minə qədər soydaşımız yaşayır. İstənilən halda müəyyən kateqoriyadan olan soydaşlarımız həmin əsaslardan yararlana bilməyəcəklər. Bu da orada yaşayan soydaşlarımızın azalmasına gətirib çıxaracaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO