Yeni vergilərin tətbiqi nağdsız əməliyyatlara həvəsi öldürəcək - EKSPERT

Yeni vergilərin tətbiqi nağdsız əməliyyatlara həvəsi öldürəcək - EKSPERT

Hazırda oxunan: Yeni vergilərin tətbiqi nağdsız əməliyyatlara həvəsi öldürəcək - EKSPERT

119724

Hazırda insanlarımızın çoxunda bir neçə ödəniş kartı var ki, onların da ümumi sayı gəlib 11 milyonu adlayıb. Ölkə vətəndaşları bu kartlarla təkcə alış-veriş, pul köçürmələri etmirlər, həm də yatırımları həyata keçirirlər.

2023-cü ilin 1 fevralından etibarən bank kartlarındakı vəsaitlərə hesablanan faizlər də vergiyə cəlb olunur. Təbii ki, bu qərar insanlarda böyük sualın yaranmasına səbəb olub.
Çünki, son illərdə əhalinin bank kartlarına marağı çoxalmışdı. Bu həm də nağdsız əmiliyyatların kəskin şəkildə artmasına səbəb olmuşdu.

Bundan əlavə, bir çox banklar əhalini nağdsız ödənişlərə təşviq etmək üçün kartala aparılan əməliyyatlara bonus və faiz hesablayırdı. Bu da təbii ki, insanların marağına səbəb olmuşdu. Lakin, bundan sonra kartlardakı depozitlərə əlavə edilən faizlərə və əməliyyatlar üçün hesablanan kaşbeklərə də vergi tətbiq ediləcək.

Bu isə həm insanların kartlara olan həvəsini azaldacaq, həm də nağdsız ödənişlərin həcmini azaldacaq.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bank kartlarındakı vəsaitlərə hesablanan faizlərə vergi tutulmasını doğru addım hesab etmir:

“Əgər kartınızdakı qalıq 100 manat depozitə ayın sonunda 8-9 manat faiz hesablanıbsa bunun 80-90 qəpiyi vergi kimi tutulacaq. Doğrudur, bu elə də böyük rəqəm deyil. Amma bütün hallarda bunun olmasına ehtiyac yoxdur. Bundan dövlət də əsaslı bir vəsait qazanmayacaq. Sadəcə insanlar arasında narazılıq yaradacaq. Mənə elə gəlir ki, bu məsələyə yenidən baxılması çox doğru olardı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO