Moskva Xovayevi İrəvana niyə göndərib? - TƏFƏRRÜAT

Moskva Xovayevi İrəvana niyə göndərib? - TƏFƏRRÜAT

Hazırda oxunan: Moskva Xovayevi İrəvana niyə göndərib? - TƏFƏRRÜAT

119694

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Ermənistanda səfərdədir.

Bizim.Media xəbər verir ki, Xovayev ermənilərin baş naziri Nikol Paşinyanla da görüşüb.

Görüşdə üçtərəfli bəyanatların icrası, Laçın yolunda vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması müzakirə edilib.
Politoloq Taleh Əliyevin fikrincə, Xovayevin İrəvana bu səfəri Ermənistana Aİ-nin müşahidə missiyasının gəlməsindən doğan narahatçılıqla bağlıdır:

“Bilirsiniz ki, Avropa İttifaqının Ermənistana xüsusi müşahidə missiyasını göndərməsi daha çox Rusiyaya qarşı yönəlmiş tədbirdir. Hətta Aİ-dən gələcək missiyanın tərkibində 70 nəfərlik Fransa jandarma qüvvələrinin olacağı da ehtimal olunur.

Moskvanın uzun illərdir forpostu kimi tanınan Ermənistanın indi yeni geopolitik oyunçunun, Fransanın forpostuna çevrilməsi istər-istəməz Rusiya tərəfindən ciddi narazılıq və qəzəblə qarşılanır”.
Bu mənada ekspertə görə, Xovayevin həmin səfəri daha çox İrəvana xəbərdarlıq məqsədi daşıyır:

“Ona görə də Rusiya XİN rəsmisinin bu səfərini Ermənistanla Azərbaycan arasında münaibətlərin uzunmüddətli sülhlə həll olunması deyil, yeri gələndə bu münasibətlərdən İrəvan hakimiyyətinə təzyiq formasında istifadə etməklə Paşinyanın Qərbə yaxınlaşmasına qarşı pərdəarxası danışıqlar kimi qiymətləndirmək lazımdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO