Şəki Dövlət Dram Teatrında yeni tamaşa səhnəyə QOYULACAQ 

Şəki Dövlət Dram Teatrında yeni tamaşa səhnəyə QOYULACAQ 

Hazırda oxunan: Şəki Dövlət Dram Teatrında yeni tamaşa səhnəyə QOYULACAQ 

119679

Tarixi ənənələri olan bu vilayətin mədəniyyət ocağında, yeni teart mövsümündə 4 tamaşanın səhnələşdirilməsi nəzərdə tutulur.

Bu barədə Bizim.Media-nın yerli bürosuna, teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib. Bildirilib ki, hazırda teatrda iki əsər üzərində iş gedir.

Məşqlərinə başlanan əsərlərdən biri Türk müəllif Toyğun Orbayın “21:15 Qatarı” adlı pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru gənc rejissor Elvin Nuridir.

Rolları Əməkdar artistlər- Rəhim Qocayev, Akif Yusifov, aktyorlar- Lalə Məmməd və Rəsul Məmmədrəhimov ifa edirlər. Tamaşa, Azərbaycan Teatr Xadimləri İttifaqında təşkil olunan “Rejissor laboratoriyası” üzvlərinin hazırladıqları Türk Tamaşaları Festivalında 2023-cü il martın 3-5-i tarixində nümayiş olunacaq.
Teatrda, həmçinin braziliyalı müəllif Gilyermo Fiqeyredonun “Ezop” pyesi əsasında səhnələşdirilən tamaşanın məşqləri də aparılır.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir. Tamaşada rolları Əməkdar artistlər- Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar- Nazilə İmamverdiyeva və başqaları ifa edirlər.

Teatr mövsümünün ikinci yarımilliyində, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin "Hekayəti-Xırsi-Quldurbasan" əsəri əsasında səhnələşdirilən tamaşa hazırlanacaq.

Tamaşanın quruluşçu rejissoru Orxan Həmidlidir. Səhnə əsəri Azərbaycanda peşəkar teatrın yaranmasının 150 illik yubileyinə həsr olunur.
Bundan əlavə, görkəmli alman ədibi Bertold Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında tamaşa hazırlanacaq. Belə ki, tamaşa teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli tərəfindən tamaşaya qoyulacaq.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO