Dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib - NAZİR

Dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib - NAZİR

Hazırda oxunan: Dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib - NAZİR

119623

"Vergi yığımı sahibkarın biznesinin uğurudur".

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, vergi sisteminə bərabər yanaşma yoxdursa, bu, iqtisadiyyatın kökünü dağıdan yanaşmadır.

"2022-ci ilin ən əsas xüsusiyyəti budur ki, neft və qaz qiymətlərinin müsbət dinamikasına baxmayaraq dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib. İkincisi, qeyri-neft ixracının artım trayektoriyasının davam etdirilməsidir.
Biz hələ də istənilən mütləq rəqəmlərdən uzağıq. 3 mlrd. dollar rəqəmini keçmişik. Lakin bu bizim ümumi ixracımızla müqayisədə böyük rəqəm deyil.

Eyni zamanda, biz dinamikaya baxdıqda 3 il öncə 1,7 milyard dollardan danışırdıq. Hədəfimiz yüksək templə davam etdirməkdir. Burdan xidmətlərin ixracına daha çox diqqət verməyimiz bizim müvafiq iqtisadi siyasətimizdə öz əksini tapır", - deyə Mikayıl Cabbarov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO