Havaların kəskin soyuması ilə qazın istehlakı artır -

Havaların kəskin soyuması ilə qazın istehlakı artır - "Azəriqaz" 

Hazırda oxunan: Havaların kəskin soyuması ilə qazın istehlakı artır - "Azəriqaz" 

119622

Havaların kəskin soyuması ilə bağlı təbii qazın qəbulu artır və bunun çərçivəsində istehlakçıların etibarlı və təhlükəsiz “mavi yanacaq”la təmin olunması həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Məmmədov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 fevral tarixində 42 mln. 271 min. kubmetr qaz qəbul edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 mln. 170 min. kubmetr çoxdur.

Rasim Məmmədov onu da əlavə edib ki, qaz qəbulu üzrə bu ilin ən maksimal göstəricisi yanvarın 11-də qeydə alınıb və 46 mln. 567 min kubmetr təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO