“Qarabağ” - “Gent” matçının biletləri satışa ÇIXARILIR

“Qarabağ” - “Gent” matçının biletləri satışa ÇIXARILIR

Hazırda oxunan: “Qarabağ” - “Gent” matçının biletləri satışa ÇIXARILIR

119603

Konfrans Liqasının pley-offunda keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika) oyununun biletləri satışa çıxarılır.

Bizim.Media xəbər verir ki, oyunu izləmək istəyənlər bu gün saat 11:00-dan etibarən biletləri ala bilər.

Bunun üçün azarkeşlər tribunadan asılı olaraq 5, 30, 40, 75 və 100 manat ödəməlidir. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, “Park Bulvar”dakı “Qarabağ”ın Fan Şopunda saat 11:00-dan 20:00-dək, “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində isə 11:00-dan 22:00-dək satılır. Həmçinin “Iticket.az”ın satış məntəqələri onlayn satış aparılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Gent” matçı fevralın 16-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO