Sünni din xadimi:

Sünni din xadimi: "Bu hakimiyyətlə İranda islahat mümkün deyil"

Hazırda oxunan: Sünni din xadimi: "Bu hakimiyyətlə İranda islahat mümkün deyil"

119593

İranın Sistan və Bəluçistan əyalətinin tanınmış sünni din xadimi Moləvi Əbdülhəmid hazırkı hakimiyyətin islahatlara gedcəyi ilə bağlı deyilənləri şərh edib. O, bu ehtimalın sıfıra bərabər olduğunu deyib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.

İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin son açıqlamasına toxunan nüfuzlu din xadimi başqa siyasətçilərin də reallıqları qəbul etmələrini istəyib.

"Ölkəyə ürəyi yanan siyasətçilər gözlərini açmalı və həqiqətləri görməlidirlər", deyə, Əbdülhəmid bildirib.

Qeyd edək ki, üç gün öncə verdiyi açıqlamada keçmiş baş nazir Mirhüseyn Musəvi İranın siyasi strukturunda aparılan islahatların səmərəsiz olduğunu deyib və Konstitusiyada dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.
“Mövcud sistemin dəyişdirilməsi və ya əsaslı şəkildə yenilənməsi xalqın hüquqlarından biridir. İran fundamental transformasiyaya hazırdır”, -deyə, o qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO