İrandakı səfirliyimizin əməkdaşları tibbi müayinədən KEÇİRİLİR

İrandakı səfirliyimizin əməkdaşları tibbi müayinədən KEÇİRİLİR

Hazırda oxunan: İrandakı səfirliyimizin əməkdaşları tibbi müayinədən KEÇİRİLİR

119582

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının "Yeni Klinika"da tibbi müayinəsi həyata keçirilir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, onların bir qisminin müayinəsi artıq başlayıb.

Digərlərinin də müayinəsi mərhələli şəkildə aparılacaq.

Səfirlik əməkdaşlarına psixoloji xidmət göstəriləcək, qan analizi götürüləcək və ehtiyac olarsa, digər müayinələrdən də keçəcəklər.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO