Bakıda körpü buz bağladı - 7 avtomobil toqquşdu 

Bakıda körpü buz bağladı - 7 avtomobil toqquşdu 

Hazırda oxunan: Bakıda körpü buz bağladı - 7 avtomobil toqquşdu 

119578

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

“Ford” markalı yük maşınının sürücüsü asfalt qatının buz bağlamasına görə sükana nəzarəti itirib.

Nəticədə yük maşını geriyə çevrilib. Bundan sonra eyni istiqamətdə olan “Toyota” markalı avtomobil “Ford” a çırpılıb. Digər beş maşın zəncirvari olaraq bir-birinə çırpılıb. 
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları növbəti qəza olmaması üçün tədbir görüb. Sürücülərə paytaxt ərazisində, xüsusilə körpü üzərində ehtiyatlı olmaq tövsiyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO